Gənc Namizədin IV Mikrorayonda Yaşayan Seçicilərlə Görüş Təşkil Olundu.

28 yanvar tarixində deputatlığa namizəd Müşfiq Cəfərovun Gəncə şəhəri IV Mikrorayonda yaşayan şəhər sakinləri ilə görüşü təşkil olundu.
Təbliğat-təşviqat qrupunun üzvü Amil Qurbanov Müşfiq Cəfərovla tanışlıqdan bəhs etdi, gənclər sahəsində çalışmağa başlayanda ona müəllim, lider kimi dəstək olmasından, gənclərə məsləhətlərindən danışdı. “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsində bərabər çalışdığı zaman Müşfiq Cəfərovu daha yaxından tanımaq imkanı olduğunu, onun humanist, vətənpərvər tərəflərini kəşf etdiyini bildirdi. Gəncəli gənclərin nümayəndəsi kimi Milli Məclisdə layiqincə təmsil edəcəyinə inandığını söylədi.
Sahib Əmiraslanənov Müşfiq Cəfərovun gənc yaşlarınd əldə etdiyi uğurlardan, 2007-ci ildə Avropada Fəal Gənc mükafatına layiq görülməsindən və 36 yaşında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” Medalı ilə təltif olunmasından bəhs etdi. Bilik və bacarığına görə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsindən danışdı.
Görüşlərin sonunda çıxış edən Müşfiq Cəfərov sakinlərə zaman ayırdıqları, onu dinlədikləri üçün minnətdarlığını bildirdi. Gəncədə yaşadığı üçün Gəncənin problemlərini bildiyini,gələcəkdə görüləcək işlərdən, prioritet sahələr haqqında danışdı.