Təbliğat –təşviqat kampaniyası çərçivəsində Müşfiq Cəfərovun sakinlərlə görüşləri davam edir
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov dairə üzrə yaşayan seçicilərlə görüşləri davam edir.
31 yanvar tarixində Müşfiq Cəfərov təbliğat-təşviqat qrupunun üzvləri ilə birlikdə Üzeyir Hacıbəyov, Rəfibəyli küçəsində yaşayan sakinlər və Heydər Əliyev prospektində çalışan sahibkarları ziyarət etdi.
İlk olaraq Üzeyir Hacıbəyov və Rəfibəyli küçələrində yaşayan əhali ilə görüşən Müşfq Cəfərov əhali ilə səmimi söhbətlər zamanı onların təklif və problemlərini dinlədi, özü haqqında ətraflı məlumt verdi. Seçicilərin dəstəyinə inandığını və Azərbaycanın, Gəncənin gələcəyi üçün birlikdə çalışmağın əhəmiyyətini vurğuladı. Daha sonra Heydər Əliyev prospektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan mağaza sahiblərini ziyarət edən Müşfiq Cəfərov söhbətlər zamanı Gəncə şəhərinin iqtisadiyyatının inkişaf etdirilməsi üçün sahibkarların təkliflərini dinlədi. Sahibkarlıq fəaliyyətinin Azərbaycan iqtisadiyyatının əsas qidası olduğunu, daha əlverişli şəraitdə davam etdirilməsi və inkişafı üçün təkliflər planının hazırlanması və qəbul olunmasının prioritet məsələ olduğunu qeyd etdi.