AB-AZƏRBAYCAN BİZNES FORUMU 2020-2022 - NİN ONLAYN KONFRANSI BAŞ TUTUB
Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və InvestBaku ilə birlikdə həyata keçirilir.
Müşfiq Cəfərov bildirib ki, layihənin əsas fəaliyyət istiqamətlərindən biri ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək həmçinində yüzlərlə Aİ və Azərbaycan şirkətlərini, Azərbaycanın yüksək səviyyəli dövlət orqanlarını və Avropa İttifaqı üzv Dövlətlərinin nümayəndələrini bir araya gətirir.
Bu Layihə Aİ tərəfindən maliyyələşdirilir və Azərbaycanda iş mühitini yaxşılaşdırmaq və ölkənin iqtisadi şaxələndirilməsini dəstəkləməklə qeyri-neft sektorunu gücləndirmək məqsədi daşıyır.
Formun 2020-ci ildə həyata keçirilməsi planlaşdırılsa da, COVİD-19 pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmışdır.
Deputat bildirir ki, layihə Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqinə, ölkəmizdəki iş mühiti və investisiya imkanları barədə digər dövlətlərin məlumatlılığını təmin etmək və dövlət-özəl dialoqun genişləndirilməsinə həsr edilmişdir.
Onlayın tədbir müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə baş tutub. Görüşdə təmsilçilər AB iş şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən və ya investisiyalar yatırmaq istəyən AB şirkətlərinin öz bilik və təcrübələrini bir-biri ilə bölüşmələri, həmçinin potensial iş ortaqları ilə birbaşa əlaqə qurmalarının vacibliyini vurğulayıblar.
Hazırda ölkəmizdə müxtəlif Aİ ölkələrindən 400-dən çox şirkət fəaliyyət göstərir. AB hazırda iqtisadiyyatın əsas qeyri-neft istehsal sahələrində rəqabət qabiliyyətinin inkişafında və qeyri-neft KOB sektorunun gücləndirilməsində Azərbaycanı dəstəkləyir.



