MÜŞFİQ CƏFƏROV DEPUTAT KÖNÜLLÜLƏRİNİN SEÇİLMƏSİ TƏKLİFİNİ İRƏLİ SÜRÜB


MÜŞFİQ CƏFƏROV DEPUTAT KÖNÜLLÜLƏRİNİN SEÇİLMƏSİ TƏKLİFİNİ İRƏLİ SÜRÜB

Parlamentdə ilkin olaraq Gənclər və idman komitəsi tərəfindən “Deputat könüllüləri” layihəsinin icrası, hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi nəzərdə tutulur.

Bununla yanaşı, parlament könüllülərinin yaradılması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi qərarlaşdırılır.

Bu haqda Milli Məclisin Gənclər və idman komitəsinin sədri, vitse-spiker Adil Əliyev adıçəkilən komitənin parlamentin payız sessiyası ilə bağlı ilk iclasında bildirib.

Komitə sədri deputat könüllülərinin seçilməsi məsələsinin millət vəkili Müşfiq Cəfərovun təklifi ilə gündəmə gəldiyini deyib.

Əliyev qeyd edib ki, bu il Azərbaycanda “Könüllülər İli” olduğu üçün millət vəkili belə bir təkliflə çıxış edib və onun bu ideyası müsbət qarşılanıb.

Adil Əliyevin sözlərinə görə, ilkin olaraq, deputat könüllülərinin seçilməsi, parlament könüllülərinin yaradılması məsələsi Gənclər və idman komitəsinin üzvləri tərəfindən reallaşdırılacaq.

“Millət vəkillərinin yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir. Biz hələlik bu məsələyə komitə üzvlərindən başlanmasını nəzərdə tuturuq, sonra isə bütövlükdə deputatların könüllülər seçməsi, parlament könüllülərinin yaradılması, parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi məsələsi planlaşdırılır. Ümumiyyətlə, həmin könüllülərin içərisindən ən peşəkarlarını, ən istedadlılarını dövlət orqanlarında işləmələri üçün təklif edə bilərik. Çünki deputatların yerlərdə işə ehtiyacı olan insanları, xüsusilə, gəncləri işlə təmin etmək imkanları çox azdır. Ona görə deputat könüllülərinin içərisindən bir çoxunu seçərək, onları işlə təmin olunmaları üçün dövlət orqanlarına təqdim edə bilərik. Bu, mümkün məsələdir ”-deyə, Əliyev əlavə edib.

Millət vəkili Müşfiq Cəfərov da öz növbəsində həm parlamentə, həm də komitə sədrinə təklifinin müsbət qarşılanması görə, minnətdarlığını ifadə edib.

“Təklifimin müsbət qarşılanması məni çox sevindirdi. Çünki doğrudan da, deputat könüllülərinin olması, seçilməsi çox vacibdir. Bunun hesab edirəm ki, ümumilikdə ölkəmizin inkişafına müsbət təsiri ola bilər və olacaq”-deyə, Cəfərov qeyd edib
Цитата
  • Группа: Guests
  • ICQ: {icq}
  • Регистрация: --
  • Статус:
  • комментариев
  • публикаций
^
I read this post fully on the topic of the difference of most up-to-date and earlier technologies, it's awesome
article.

Feel free to visit my web blog; 1 win
Цитата
  • Dino

  • 12 December 2023 19:39
  • Группа: Guests
  • ICQ: {icq}
  • Регистрация: --
  • Статус:
  • комментариев
  • публикаций
^
Thank you for another fantastic article. Where else may anyone get that type of info in such an ideal way of writing?

I've a presentation next week, and I am at the look for such info.


Feel free to surf to my homepage: pornouh.com