Xalqın seçimi hər zaman Yeni Azərbaycan Partiyası olacaq!
Görüşdən əvvəl kənd şəhidlərinin məzarı ziyarət olunub, ruhlarına fatihə oxunub və məzarlarına gül düzülüb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Fəxralı kəndində sakinlərlə görüşən deputat əhalini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb, seçki platforması barədə müzakirələr edib. Görüşdə çıxış edən kənd ziyalıları bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb. YAP-a xalqın inamı və etimadı böyükdür. Bu seçkilərdə də xalq partiyaya, həyata keçirilən uğurlu siyasətə dəstəyini öz seçimiylə təsdiqləyəcək.
Görüşə gələn seçicilər onları maraqlandıran və narahat edən məsələlərə dair suallarla çıxış edib, konkret problemlərlə bağlı deputatlığa namizədə məlumatlar verib. Müşfiq Cəfərov seçici aktivliyiylə bağlı sakinlərə öz təşəkkürünü bildirib.